14 
Apr
2021
11:08
81
10
1456
Virtual karabakh

Millimiz yunanlarla formal oyuna çıxır

14 Apr, 2021
11:08
1456

Millimiz yunanlarla formal oyuna çıxır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində qrupda son oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, 3-cü qrupda mübarizə aparan Joze Alesio Da Silvanın baş məşqçi olduğu komandamız Bakıda Yunanıstan yığması ilə qarşılaşacaq.

Milli komanda beş oyundan sonra 13 xalla qrup liderliyini və final mərhələsinə vəsiqəni təmin etdiyindən, bu oyun millimiz üçün formal xarakter daşıyacaq.

Avropa çempionatının seçmə mərhələsi

3-cü qrup

19:00 Azərbaycan - Yunanıstan

Hakimlər: Yaroslav Vovçuk, Yevgeni Qordiyenko (hər ikisi Ukrayna)

Bakı İdman Sarayı

Qeyd edək ki, dünən 3-cü qrupda baş tutmuş qarşılaşmada Moldovanı 4:0 hesabı ilə məğlub edən Slovakiya yığması 11 xalla 2-ci yerin sahibi kimi final mərhələsinə adlayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri