15 
Apr
2021
09:54
61
12
1778
Virtual karabakh

Avropa Liqasında yarımfinalçılar müəyyənləşir: Çexiya çempionu “Arsenal”a sürpriz yaşada biləcəkmi?

15 Apr, 2021
09:54
1778

Avropa Liqasında yarımfinalçılar müəyyənləşir: Çexiya çempionu “Arsenal”a sürpriz yaşada biləcəkmi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçiriləcək.

Oxu.Az xəbər verir ki, eyni gündə oynanılacaq cavab qarşılaşmalarından sonra yarımfinala vəsiqələrin sahibləri bəlli olacaq.

Gecənin maraqlı oyunlarından biri İtaliyanın paytaxtında baş tutacaq. Niderlandda “Ayaks”a 2:1 hesabı ilə qalib gəlmiş “Roma” cavab qarşılaşmasında üstünlüyünü qorumağa çalışacaq. “Roma”da Stefan Əl-Şaaravi, Maraş Kumbulla, Bruno Peres, Kris Smolinq və Nikolo Zanyolo, “Ayaks”da Deyli Blind, Nussayr Mazraui, Andre Onana və Defayne Rens oynaya bilməyəcək.

“Mançester Yunayted” “Old Traford”da ilk görüşdə 2:0 qalib gəlmiş “Qranada”nı sınağa çəkəcək. “Qırmızı şeytanlar”ın heyətində itkilər yetərincədir. Meydana çıxmayacaq futbolçular bunlardır: Erik Bayi (koronavirus), Fil Cons, Antoni Marsyal (hər ikisi zədəli), Hari Maquayr, Skott Makttominey, Lyuk Şou (hər üçü cəzalı).

İngiltərənin digər təmsilçisi “Arsenal” isə son Çexiya çempionu “Slaviya” ilə üz-üzə gələcək. Londondakı qarşılaşmada qələbəni son saniyələrdə əldən vermiş “topçular”da braziliyalı David Luiz və şotlandiyalı Kiran Tirni zədə üzündən oynaya bilməyəcək. Koronavirusdan qayıtmış Pyer-Emerik Obameyanq, zədəsini sağaldan Martin Ödeqor və Emil Smit Rounun isə meydana çıxacağı sual altındadır. Maraqlıdır ki, ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində oynamış Praqa klubu iki il əvvəl turnirin bu mərhələsində Londonun digər klubu – “Çelsi”yə uduzaraq mübarizəni dayandırıb.

“Vilyareal”ın da yarımfinala adlamaq üçün yaxşı şansı var. Zaqrebdə “Dinamo”nu minimal hesabla məğlub etmiş La Liqa təmsilçisində kolumbiyalı Pervis Estupinyan və İbora, qarşı tərəfdə isə milliyyətcə talış olan iranlı Sadiq Məhərrəmi zədə səbəbindən oynaya bilməyəcək.

Avropa Liqası

1/4 final (cavab oyunları)

15 aprel

23:00 Vilyareal” (İspaniya) – “Dinamo” (Xorvatiya)

İlk oyun – 1:0

23:00 “Roma” (İtaliya) – “Ayaks” (Niderland)

İlk oyun – 2:1

23:00 “Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə)

İlk oyun – 1:1

23:00 “Mançester Yunayted” (İngiltərə) – “Qranada” (İspaniya)

İlk oyun – 2:0

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri