15 
Apr
2021
11:06
47
12
902
Virtual karabakh

Cüdo millimiz üçün lidersiz Avropa çempionatı

Cüdo üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımızın heyəti tam bilinib.

Oxu.Az xəbər verir ki, sabah Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatına start veriləcək.

Qitənin mötəbər yarışında doqquz idmançımız – Kəramət Hüseynov (-60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi -66 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi -81 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq), Uşangi Kokauri (+100 kq) və İrina Kindzerskaya (+78 kq) mübarizə aparacaq.

Qeyd edək ki, Davud Məmmədsoy (-60 kq) və 2016-cı ilin Avropa çempionu Rüstəm Orucov (-73 kq) bu yarışda koronavirusa yoluxma səbəbindən iştirak edə bilməyəcək. Həmçinin 90 kq-da Olimpiadaya lisenziya qazanmış Məmmədəli Mehdiyev də iştirak etməyəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri