15 
Apr
2021
14:48
47
172
6386
Virtual karabakh

Kadırov tanınmış döyüşçü ilə əlbəyaxa çıxdı - VİDEO

15 Apr, 2021
14:48
6386

Kadırov tanınmış döyüşçü ilə əlbəyaxa çıxdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarışıq döyüş növləri (MMA) üzrə tanınmış idmançı Qəmzət Çimayev Çeçenistanın başçısı Ramzan Kadırovla məşqinin görüntülərini yayımlayıb.

Çeçən əsilli isveçli döyüşçü videonu öz “Instagram” səhifəsində dərc edib.

“Çeçenistan Respublikası rəhbərinin başçılığı altında məşqimiz sürətlə davam edir” – Q. Çimayev videoya şərh yazıb.

Qeyd edək ki, bir müddət əvvəl COVID-19 yoluxan idmançı səhhətindəki problemləri əsas gətirərək idmandan getdiyini açıqlamışdı.

Lakin onunla təmas quran R.Kadırov idmançını karyerasını bərpa etməyə razı sala bilib.

Hazırda Q. Çimayev Çeçenistanda məşq edir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri