15 
Apr
2021
13:54
105
6
1589
Virtual karabakh

Olimpiadanın “Top-100” ulduzu: Siyahıda Azərbaycandan idmançı da var

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək ulduz idmançıların adları açıqlanıb.

Oxu.Az xəbər verir ki, Braziliyanın məşhur globoesporte.globo.com saytı Olimpiadanın startına 100 gün qalmış müxtəlif idman növləri üzrə 100 ən yaxşı idmançının siyahısını tərtib edib.

Siyahıda Azərbaycanın karate üzrə beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev də var: “Beşqat dünya çempionu karatenin əsas ulduzudur. 36 yaşı olan idmançı Olimpiadada karyerasının ən böyük uğurunu qazana bilər”.

“100-lük”də Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar, qadın futbolçular – amerikalı Meqan Rapino, braziliyalı Marta, məşhur tennisçilər – ispaniyalı Rafael Nadal, serbiyalı Novak Cokoviç və isveçrəli Rocer Federer, amerikalı Serena Uilyams, basketbolçu Lebron Ceyms, fransalı cüdoçu Tedi Rinör kimi tanınmış simalar da var.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları bu il 23 iyul - 8 avqust tarixləri aralığında keçirilməlidir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri