15 
Apr
2021
14:36
133
93
9526
Virtual karabakh

Azərbaycan tarixində ən bahalı transfer reallaşdı - FOTO/VİDEO

15 Apr, 2021
14:36
9526

Azərbaycan tarixində ən bahalı transfer reallaşdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiberidman üzrə yarışlar təşkil edən “Gaming League Azerbaijan” ilk transferini rəsmiləşdirib.

“Gaming League Azerbaijan”ın yetirməsi Cavid Qurbanov 25 min manat qarşılığında GMT Esports - “Guardians of the Maiden Tower” - “Qız Qalasının keşikçiləri” klubu ilə rəsmi müqavilə imzalayıb. 

Qeyd edək ki, 1999-cu ildə Bakıda anadan olan Cavid Qurbanov uşaq yaşlarından kiberidmanla maraqlanır. O, GLA tərəfindən keçirilən Milli Liqa yarışlarında qələbə qazanıb və dəfələrlə mükafatçılar sırasında yer alıb. Cavid MDB Çempionatında Azərbaycan üzrə ən yüksək nəticəni göstərib. O, FİFA EuroCup turnirində 2-ci yeri tutub.

“Gaming League Azerbaijan”ın rəhbəri Adil Mahmudov mətbuata açıqlamasında transfer barədə bunları danışıb: “Cavid Qurbanov Azərbaycan kiberidmanında ən güclü oyunçu - qeymerlərdən biridir. Onun transferinə marağı təbii qarşıladıq. Buna görə oyunçunun dəyəri müəyyənləşdirildi və transferə görə 25 min manat tələb olundu. Avropa kiberidmanıyla müqayisədə cüzi görünən məbləğ Azərbaycanda bir ilkdir. Əsas kiberidmanın həm də oyunçulara maddi baxımdan gəlir gətirməsidir”.

Cavid Qurbanovun transfer olunduğu GMT Esports - “Guardians of the Maiden Tower” Azərbaycanın ilk kiberidman klubudur. Hazırda dünya reytinqində 18, MDB ölkələri arasında isə 3-cü pillədədir. Komandanın rəhbəri Oqtay Qasımzadə transferi yüksək dəyərləndirib: “Klubumuz bu transferlə heyətini gücləndirib. Bundan sonra da Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməyə çalışacağıq”.

“Instagram” ünvanı: gmt.gg

“Instagram” ünvanı: Glahub

“Youtube” ünvanı: Glahub

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri