15 
Apr
2021
17:18
111
29
3248
Virtual karabakh

Millimizin sabiq üzvləri mini futbol yığmasında - ÖZƏL

15 Apr, 2021
17:18
3248

Millimizin sabiq üzvləri mini futbol yığmasında - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol və futzal millimizin sabiq üzvləri mini futbol üzrə yığmada çıxış edəcək.

Bunu Oxu.Az-a futzal millimizin sabiq üzvü Vitali Borisov deyib. O, sosial vəziyyəti barədə danışarkən bildirib ki, hazırda mini futbol millisinin üzvü sayılır:

“Yavaş-yavaş dolanıram. Əgər ona biznes demək mümkündürsə, bir az bu sahədən gəlirim var. O da pandemiya səbəbindən zəifləyib. Mini futbol liqalarında oynayıb az da olsa gəlir əldə edirdim. İndi onlar da dayanıb.

Hazırda çempionatlar dayandığından, Elşad Quliyevin çalışdırdığı mini futbol yığması ilə məşq edirəm. Yayın sonlarında beynəlxalq səviyyədə yarış olmalıdır (Slovakiyanın Koşitse şəhərində keçirilməli olan Avropa çempionatını nəzərdə tutur – S.M.).

Əslində mən ilk vaxtlardan mini futbol millisi ilə məşq edirəm. Amma o vaxt futzal oynayırdım. Qaydalara görə, peşəkar idmanla məşğul olanlar mini futbol yığmasında ola bilməz. 2018-ci ildə Kiyevdəki Avropa çempionatında iştirak edə bilməsəm də, komanda ilə birgə məşq etmişdim. Ötən ilin aprelində pandemiyaya görə futzal üzrə Azərbaycan çempionatı dayandırıldı. Bir ildən çoxdur ki, peşəkar idmandan kənardayam. Ona görə də indi mini futbolda çıxış etməyimdə heç bir əngəl yoxdur”.

O həmçinin bildirib ki, mini futbol millimizdə sabiq futbolçular – Elnur Abdullayev və Mirhüseyn Seyidov kimi oyunçular da çıxış edir.

Qeyd edək ki, sözügedən hər iki oyunçu böyük futbolda çıxış edib, millimizin və “Neftçi”nin üzvləri olublar. Mirhüseyn Seyidov “Keşlə”də oynadığı vaxt – 2017-ci ildə danışılmış oyunda iştirakına görə futboldan ömürlük uzaqlaşdırılıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri