15 
Apr
2021
18:32
227
31
1942
Virtual karabakh

Hacı Əliyev: “Avropa çempionatında iştirak etməməyim öz istəyimlə bağlıdır”

15 Apr, 2021
18:32
1942

Hacı Əliyev: “Avropa çempionatında iştirak etməməyim öz istəyimlə bağlıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avropa çempionatında iştirak etməməyim öz istəyimlə bağlıdır. Olimpiada qabağı mümkün zədə ilə üzləşməmək üçün bu yarışı buraxacağam”.

Bunu Oxu.Az-a sərbəst güləş üzrə Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev deyib.

Bu ay Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatında 65 kq çəki dərəcəsində Hacı Əliyev iştirak etməyəcək. Onu bu yarışda gənc Əli Rəhimzadə əvəzləyəcək.

Bununla belə, o bildirib ki, Olimpiadaya qədər bir yarışda qüvvəsini sınamağa çalışacaq:

“Praktika üçün bir yarışda iştirak edəcəyəm. Bu, iyunda ya Varşavadakı reytinq yarışı, ya da İstanbulda Yaşar Doğunun xatirəsinə keçirilən beynəlxalq turnir olacaq. O ərəfədə buna qərar veriləcək”.

“Dördüncü dəfə Avropa çempionu olmaq istəmədiniz?” sualına isə Hacı Əliyev yarızarafat, yarıciddi belə cavab verib: “Kim deyir ki, Olimpiadadan sonra karyeramı bitirəcəyəm. Bəlkə 2022-ci ildəki Avropa çempionatına qatılıb dördüncü dəfə qızıl medal qazandım”.

Qeyd edək ki, altı gün sonra 30 yaşını qeyd edəcək Hacı Əliyev müsahibələrində Tokio Olimpiadasından sonra karyerasını bitirəcəyini bildirib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri