16 
Apr
2021
00:20
234
15
2682
Virtual karabakh

UEFA rusiyalı hakimi futboldan kənarlaşdırıb

16 Apr, 2021
00:20
2682

UEFA rusiyalı hakimi futboldan kənarlaşdırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

FIFA dərəcəli rusiyalı hakim Sergey Lapoçkin Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) tərəfindən cəzalandırılıb.

“Championat” resursunun məlumatına görə, UEFA-nın qərarıyla o, 90 gün müddətinə futboldan kənarlaşdırılıb.

Qərara səbəb isə hakimin quruma müəyyən məsələlər barəsində vaxtında xəbər verməməsi olub.

Belə ki, hələ 2018-ci ildə Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Ventspils” (Latviya) – “Bordo” (Fransa) matçından (0:1) əvvəl müəyyən şəxslər hakimdən oyunun nəticəsinə təsir göstərməsini xahiş ediblər. S.Lapoçkin buna razılıq verməsə də, UEFA nümayəndələrini də insident barədə məlumatlandırmayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri