16 
Apr
2021
13:03
20
197
4524
Virtual karabakh

Koronavirusa yoluxmuş idmançının verilişdə olmasına federasiyadan münasibət - YENİLƏNİB + FOTO/VİDEO

16 Apr, 2021
13:03
4524

Koronavirusa yoluxmuş idmançının verilişdə olmasına federasiyadan münasibət - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cüdo üzrə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının ikiqat çempionu və Avropa çempionatının üçqat mükafatçısı Məmmədəli Mehdiyevin koronavirusa yoluxduğu halda verilişə qatılmasına aydınlıq gətirilib.

Bu barədə Oxu.Az-a Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu danışıb:

“Məmmədəli Mehdiyev və Rüstəm Orucov ötən ay koronavirusa yoluxub. Bu səbəbdən də hər ikisi 1-3 aprel tarixlərində Türkiyənin Antalya şəhərində keçirilmiş “Böyük Dəbilqə” yarışında iştirak edə bilməyib. Lakin hər iki idmançı artıq sağalıb və verdikləri test neqativ çıxıb. Onların Avropa çempionatında iştirak edə bilməməsi sağaldıqdan sonra reabilitasiya keçmələri ilə bağlıdır. Hər iki idmançımız 5-7 may tarixlərində Rusiyanın Kazan şəhərində keçiriləcək “Böyük Dəbilqə” yarışına aparılacaq.

Onlar yarışmasalar belə, Kazandakı beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər. O ki qaldı digər cüdoçumuz Davud Məmmədsoya, o, Rüstəm və Məmmədəlidən fərqli olaraq, koronavirusa yeni yoluxub. Ona görə də onun adı iştirak ərizəsindən son anda çıxarıldı. Buna görə də kişilərdə Avropa çempionatında maksimum doqquz yox, səkkiz cüdoçu ilə təmsil olunacağıq”.

10:12

Koronavirusa yoluxduğu üçün bu gün Portuqaliyanın paytaxtı Lissabonda start götürəcək Avropa çempionatına aparılmayan cüdoçu Məmmədəli Mehdiyev dünən “CBC Sport” telekanalında verilişdə olub.

Oxu.Az-ın xəbərinə görə, idmançı bu barədə “Instagram” hesabında paylaşım edib. Veriliş onun yaşadığı Əmircan qəsəbəsindəki evində çəkilib.

Qeyd edək ki, Rüstəm Orucov və Davud Məmmədsoy da koronavirus testləri müsbət çıxdığından Avropa çempionatına aparılmayıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri