17 
Apr
2021
00:55
465
135
4738
Virtual karabakh

Cüdoçumuz Avropa üçüncüsü oldu - YENİLƏNİB

17 Apr, 2021
00:55
4738

Cüdoçumuz Avropa üçüncüsü oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliyanın paytaxtı Lissabonda start götürən cüdo üzrə Avropa çempionatında komandamız ilk medalını qazanıb.

Çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Kəramət Hüseynov bürünc medal uğrunda görüşdə rəqibi Bolqarıstan təmsilçisi Yanislav Qerçev üzərində qələbə qazanıb.

Turnirdə Azərbaycan 9 cüdoçu ilə təmsil olunur. Aprelin 18-dək davam edəcək qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparacaq.

 

17:51

Portuqaliyanın paytaxtı Lissabonda keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycan ilk medalını qazana bilər.

Oxu.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan Kəramət Hüseynov 1/4 finalda Fransisko Qariqos (İspaniya) uduzsa da, bürünc medal üçün təsəlliverici yarışa qatılıb.

O, Ancelo Pantanoya (İtaliya) ipponla qalib gələrək bürünc medal görüşünə vəsiqə qazanıb. Onun bu medal üçün rəqibi Yanislav Qerçev (Bolqarıstan) olacaq.

66 kq çəki dərəcəsində yarışan iki cüdoçumuz – Avropa çempionu Orxan Səfərov Vadim Buneskuya (Moldova) və Nicat Şıxəlizadə Juau Krizostomuya (Portuqaliya) 1/8 finalda uduzaraq medalsız qalıb.

Qeyd edək ki, Kəramət Hüseynov Olimpiya çempionu Elnur Məmmədlinin bacısı oğludur.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri