17 
Apr
2021
20:43
137
58
2698
Virtual karabakh

Uels millisinin nümayəndələri Bakıya gəlib - FOTO

17 Apr, 2021
20:43
2698

Uels millisinin nümayəndələri Bakıya gəlib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avro-2020-nin final mərhələsində 2 qrup oyununu Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının 8 nəfərlik nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib.

AFFA-nın məlumatına görə, iki günlük səfər çərçivəsində təşkilatı məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb. Uelsli qonaqlar məşqlərin keçirəcəyi meydanlara və komandanın məskunlaşacağı otelə baxış keçirib, həmçinin SOCAR-ın Bakı Olimpiya Stadionunda olublar.

Qeyd edək ki, Uels milli komandası Avro-2020-nin A qrupunda iyunun 12-də İsveçrə, iyunun 16-də isə Türkiyə yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri