18 
Apr
2021
00:14
143
45
2850
Virtual karabakh

“Neftçi” “Zirə”ni darmadağın etdi: “Qarabağ”la fərq bir xal oldu - VİDEO

18 Apr, 2021
00:14
2850

“Neftçi” “Zirə”ni darmadağın etdi: “Qarabağ”la fərq bir xal oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.

Turun son oyununda “Neftçi” klubu “Zirə”ni qəbul edib. “Bakcell Arena”dakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə bütün qollar ikinci hissədə vurulub. Matçın 47-ci dəqiqəsində çempionatın bombardiri Namik Ələskərov hesabı açıb. Oyunun 74-cü dəqiqəsində Mirabdulla Abbasov ikinci topu rəqibin qapısından keçirib. Cəmi 3 dəqiqə sonra Ələskərov dubl edib. Bu, onun Premyer Liqada 16-cı qolu olub. Son nöqtəni isə matçın əsas vaxtına əlavə olunmuş dəqiqədə Stiven Jozef-Monroz qoyub.

Bu nəticə ilə “Neftçi” xallarını 46-ya çatdıraraq lider “Qarabağ”la fərqi minimuma endirib. “Zirə” isə 32 xalla 4-cü pillədə qalıb.

Qeyd edək ki, günün ilk matçında “Keşlə” evdə “Sabah”la qolsuz bərabərliyə razılaşıb. İlk oyun günündə “Qarabağ” səfərdə “Səbail”lə 1:1 hesablı heç-heçə edib. “Sumqayıt” isə doğma meydanda “Qəbələ”yə 2 cavabsız qolla qalib gəlib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri