18 
Apr
2021
19:33
72
130
5768
Virtual karabakh

Avropanın nəhəng klubları Super Liqa yaradır – FOTO

18 Apr, 2021
19:33
5768

Avropanın nəhəng klubları Super Liqa yaradır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Avropanın ən reytinqli futbol çempionatlarında çıxış edən klubların müstəqil Super Liqa yaratmalarını elan etməsi gözlənilir.

Həmin klubların arasında beş və ya altı Premyer-Liqa təmsilçisi, həmçinin La Liqa və A Seriyasının hər birindən üç klubun da olduğu bildirilir.

Bu barədə idman jurnalisti Bertran Latur “Twitter”də yazıb.

Məlumata əsasən, Avropa Super Liqası 20 komandadan ibarət olacaq. Klublar hər biri on komanda olmaqla iki qrupa bölünəcəklər.

Hər bir klub liqaya daxil olarkən 100-350 milyon avro arası bonus alacaq. Liqa komandaları mövsüm ərzində 18-23 matç keçirəcək və ilk etapda oyunlardan təxminən 4 milyard avro vəsait əldə olunacaq.

Qeyd edək ki, UEFA Superliqada iştirak edəcək klubların Çempionlar Liqası və Avropa Liqası kimi turnirlərə buraxılmayacağını bildirib. Həmçinin qurum növbəti illərdə adıçəkilən turnirlərdə də ciddi dəyişikliklər edəcəyini açıqlayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri