19 
Apr
2021
01:06
28
107
1894
Virtual karabakh

“Formula 1”də qəza: Hemilton bu dəfə ikinci oldu

19 Apr, 2021
01:06
1894

“Formula 1”də qəza: Hemilton bu dəfə ikinci oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyadakı İmola trasında “Formula 1” üzrə Emiliya-Romanya Qran-prisi keçirilib.

“Report”un məlumatına görə, qalib adını “Red Bull” pilotu Maks Ferstappen qazanıb.

İkinci yeri “Mercedes”dən Lüis Hemilton tutub. “Maklaren”i təmsil edən Lando Norris isə üçüncü olub.

“Mercedes”dən Valtteri Bottas və “Uilyams”dan Corc Rasselin qəzaya düşməsi üzündən yarışa ara verilib. Bundan yararlanan Hemilton rəqibləri ilə fərqi aradan götürərək, 10-cu mövqedən 2-ci yerə çıxıb.

Bottas və Rasseldən əlavə, “Aston Martin”dən Sebastyan Fettel və “Uilyams”dan Nikolas Latifi də finişə çata bilməyib.

Mövsümün iki Qran-prisinin yekununa əsasən, Hemilton 44 xalla liderliyini qoruyub. Ferstappen 43 xalla 2-ci, Norris 27 xalla 3-cüdür.

Konstruktorların mübarizəsində isə “Mercedes” 60 xalla 1-ci, “Red Bull” 53 xalla 2-ci, “Maklaren” 41 xalla 3-cü yerdə gedir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri