19 
Apr
2021
09:48
73
18
2713
Virtual karabakh

UEFA-nın qəzəbinə səbəb olan Avropa Superliqasının formatı bilindi

19 Apr, 2021
09:48
2713

UEFA-nın qəzəbinə səbəb olan Avropa Superliqasının formatı bilindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qitənin bəzi top klublarının iştirakı ilə keçiriləcək Avropa Superliqasının formatı təqdim olunub.

Oxu.Az xəbər verir ki, yeni turnirin yaradılmasında “Mançester Yunayted”, “Real”, “Barselona”, “Yuventus” və Avropanın daha səkkiz komandası iştirak edib. Təşəbbüs isə “Real”ın prezidenti Florentino Peresə məxsusdur.

Turnirin formatına əsasən 20 klub iştirakçı olacaq. 15 təsisçi (bunlardan artıq 12-nin adı bəllidir) və qalan 5 klub üçün ötən mövsümün çıxışındakı nəticələr əsas götürülməklə seçim ediləcək.

Oyunlar həftə ortası keçiriləcək. Bu isə o deməkdir ki, bütün iştirakçılar həftə sonu öz çempionatlarında yarışa biləcək.  

Avqustda start götürəcək turnirdə iştirakçılar 10 komandadan ibarət iki qrupa bölünəcək. Komandalar ev və səfər matçları keçirəcəklər. Hər qrupdan ilk üç komanda avtomatik 1/4 finala çıxacaq. Dördüncü və beşinci yeri tutan komandalar 1/4 finala çıxmaq üçün bir-biri ilə pley-off matçları keçirəcək.

Mayın sonlarında neytral meydanda olmaqla final keçiriləcək.

Qeyd edək ki, bu turnirin keçirilməsi UEFA-nı qəzəbləndirib. UEFA-dan ilk açıqlamalar həmin klubların milli çempionatlardan kənarlaşdırılacağına dair olub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri