19 
Apr
2021
14:22
590
10
4461
Virtual karabakh

Azərbaycan güləşçisi Ermənistan idmançısına Avropa çempionatında qalib gəldi - YENİLƏNİB

19 Apr, 2021
14:22
4461

Azərbaycan güləşçisi Ermənistan idmançısına Avropa çempionatında qalib gəldi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı Azərbaycan idmançıları üçün uğurlu başlayıb.

Oxu.Az xəbər verir ki, Vətən müharibəsi zamanı cəbhədə olmuş Əfqan Xaşalov yunan rəqibinə 10:0 qalib gəlib.

Əli Rəhimzadə erməni idmançı Qevorq Tadevosyanı 2:1 məğlub edib. Rəşaf Yusifli polşalı rəqibini 9:0 məğlubiyyətə uğradıb. Şamil Zubairovun rusiyalı rəqibi xalçaya gəlmədiyi üçün ona qələbə verilib. 

10:48

Bu gün Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürəcək.

Oxu.Az xəbər verir ki, qitə birinciliyinin ilk günündə Azərbaycanın beş idmançısı mübarizə aparacaq.

57 kq
1/8 final: Əfqan Xaşalov – Yannis Martidis (Yunanıstan)

65 kq
1/8 final: Əli Rəhimzadə – Qevorq Tadevosyan (Ermənistan)

70 kq
1/8 final: Turan Bayramov – Nikolae Kojokaru (Böyük Britaniya)

79 kq
1/16 final: Rəşad Yusifli – Andrey Sokalski (Polşa)

97 kq
1/8 final: Şamil Zubairov – Albert Saritov (Rumıniya)

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri