19 
Apr
2021
11:48
144
5
1258
Virtual karabakh

Dörd boksçumuz dünya çempionatında 1/4 final görüşünə çıxır

19 Apr, 2021
11:48
1258

Dörd boksçumuz dünya çempionatında 1/4 final görüşünə çıxır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşanın Keltse şəhərində təşkil olunan gənc boksçular arasında dünya çempionatının altıncı günündə Azərbaycan millisinin daha bir üzvü rinqdən qalib ayrılıb.

Oxu.Az xəbər verir ki, ilk döyüşündə Domeniko Mattia Vinçiquerranı (İtaliya) məğlub edən Murad Allahverdiyev (-81 kq) ikinci duelində Kaan Aykutsundan (Türkiyə) da üstün olub. Təmsilçimiz 1/8 finalda rəqibi üzərində 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesablı qələbəyə sevinib.

Allahverdiyevdən fərqli, Cəlal Qurbanov (-60 kq) 1/8 finalda mübarizəni dayandırıb. Yaponiyalı Reyto Tsutsumi ilə döyüşən boksçumuz məğlubiyyətə üzülüb.

Qeyd edək ki, yığmamızın heyətində daha öncə Nicat Hüseynov (-49 kq), Əli Zamanov (-52 kq) və Əzrək Bəbirov (-56 kq) 1/4 finalda iştirak hüququ qazanıb.

Nicat Hüseynov bu gün Levente Heqeduşla (Macarıstan), Əli Zamanov Yevgeni Jorovla (Rusiya), Əzrək Bəbirov Aleksey Şendrixlə (Rusiya) və Murad Allahverdiyev Denis Şalabayla (Ukrayna) qarşılaşacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri