19 
Apr
2021
13:21
12
74
1714
Virtual karabakh

“Football İtalia”: “Anyelli Çeferini “bıçaqladı”

19 Apr, 2021
13:21
1714

“Football İtalia”: “Anyelli Çeferini “bıçaqladı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qitənin 20 klubunun iştirakı ilə avqustdan keçirilməsi planlaşdırılan Avropa Super Liqa yarışı ilə bağlı müzakirələr davam edir.

Oxu.Az xəbər verir ki, turnirin vitse-prezidenti təyin olunan (rəhbəri “Real”ın prezidenti Florentino Peres və digər vitse-prezidenti “Mançester Yunayted”in amerikalı sahibi Coel Qleyzerdir – S.M.) “Yuventus”un prezidenti Andrea Anyelli artıq Avropa Klublar Assosiasiyasının (ECA) prezidenti vəzifəsindən istefa verib.

Həmçinin ECA-dakı 12 klubun da Super Liqa üçün sözügedən qurumdan ayrıldığı bəlli olub. Yeri gəlmişkən, İtaliyanın “Football İtalia” saytı “Anyelli Çeferini “bıçaqladı” başlığı ilə yazı dərc edib.

Yazıda Anyellinin özünə dost seçdiyi UEFA prezidenti Aleksander Çeferini arxadan bıçaqladığı bildirilir. Belə ki, 2019-cu ildə Anyelli altı aylıq qızına xaç atası kimi Çeferini seçib.

Qeyd edək ki, Avropa Super Liqasına sponsorluğu ABŞ-ın “JPMorgan Chase” investisiya bankının edəcəyi deyilir.

Xatırladaq ki, dünən UEFA, İngiltərə Futbol Assosiasiyası, Premyer Liqa, İspaniya Kral Futbol Federasiyası, LaLiqa, İtaliya Futbol Federasiyası və Seriya A Liqası birgə bəyanat yayaraq klubların bu qərarına etiraz edib. Bəyanatda bildirilib ki, həmin klublar bu yarışda mübarizə aparacağı halda, bütün daxili və beynəlxalq yarışlardan kənarlaşdırılacaq və həmin komandalarda oynayan futbolçulara milli yığmaların tərkibində çıxış etməyə qadağa qoyulacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri