19 
Apr
2021
19:19
23
177
14300
Virtual karabakh

Mirhüseyn Seyidov: “Aya 200-300 manat səfər xərci verirlər” - MÜSAHİBƏ

19 Apr, 2021
19:19
14300

Mirhüseyn Seyidov: “Aya 200-300 manat səfər xərci verirlər” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” və “Keşlə”nin sabiq futbolçusu Mirhüseyn Seyidovun Oxu.Az saytına müsahibəsi.

– Hazırda nə işlə məşğulsunuz?

– Özüm doğulduğum muxtar respublikada – Şərurdayam. Burada başım dincəlir, maska rejimi yoxdur. Naxçıvanda məscidlərə kimi hər yer açıqdır, ona görə bura gəlmişəm. Ramazan bayramından sonra Bakıya qayıdacağam.

– Başqa işiniz yoxdur?

– Bir futbol klubunda işləmək variantım var. Amma futboldan ömürlük uzaqlaşdırılmağıma dair qərara görə həmin klub işləyə bilməyim üçün AFFA-dan razılıq almalıdır. Alınsa, deyiblər ki, həmin klubda icraçı direktor işləməliyəm.

– Mini-futbol həvəskar idman növü statusundadır və orada çıxış etməyinizdə heç bir problem yoxdur. Eşitdik ki, mini futbol üzrə millimizlə məşq keçirsiniz...

– Əslində keçən ildən oradayam. Birinci il orda çıxış etməyimə imkan verilmədi. Ötən il mini-futbol millisi ilə Yunanıstana turnirə getməliydik. Düzdür, komanda viza səbəbindən ora gedə bilmədi. Amma bundan əvvəl bizə bildirildi ki, AFFA-nın qərarına görə yığma ilə səfərə gedə bilmərəm.

– Amma indi bu yığmada çıxış etməyinizdə heç bir problem qalmayıb. Necə razılıq alındı?

– Baş məşqçi Elşad Quliyevlə Azərbaycan Mini-Futbol Federasiyası AFFA ilə danışıb. Necə razılıq alınıbsa, onu bilmirəm. Şərura gələnədək problemsiz məşq edirdim. Aya 200-300 manat səfər xərci verirlər. Slovakiyadakı Avropa çempionatı sentyabrda olmalıdır. Amma görək həmin ölkə pandemiyaya görə turniri keçirəcəkmi?!

– Millidə başqa keçmiş futbolçulardan kimlər var?

– Elnur Abdullayevi bilirsiniz. Eşqin Quliyev, Tural Nərimanov, Tanrıverdi Məhərrəmli kimi sabiq futbolçular var heyətdə. Renat Sultanov? Futzaldan, demək olar ki, heç kim yoxdur.

– Futzaldan yalnız Vitali Borisov var...

– O daha çox məşqçi kimi işləyir. Amma deyəsən, Elşad Quliyev həm də onu oynatmaq istəyir.

– Sizinlə eyni vaxtda futboldan uzaqlaşdırılmış Nizami Hacıyev nə işlə məşğuldur?

– O da Zabratdadır. Yəqin ki yollar tam açılandan sonra ailəsini götürüb Rusiyaya gedəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri