20 
Apr
2021
16:18
135
75
2744
Virtual karabakh

Devid Bekhem Avropa Super Liqasını tənqid etdi - FOTO

20 Apr, 2021
16:18
2744

Devid Bekhem Avropa Super Liqasını tənqid etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İnter Mayami” klubunun sahibi və prezidenti, dünya şöhrətli keçmiş futbolçu Devid Bekhem Avropa Superliqasının yaradılmasına münasibət bildirib. 

O, qeyd edib ki, futbol azarkeşlərinin əməyə söykənən yarışlara ehtiyacı var və bu dəyərlər qorunmasa, sevdikləri oyun təhlükə ilə üzləşə bilər.

D.Bekhem fikirlərini şəxsi “Instagram” səhifəsində yazıb.

“Mən futbolu sevən biriyəm. Futbol mənim həyatım olub, onu sevmişəm. Uşaqlığımda da futbol azarkeşi olmuşam və indi də bu oyunun azarkeşi olaraq qalıram. Keçmiş oyunçu, indi isə futbol klubunun sahibi olaraq bilirəm ki, bizim idman azarkeşsiz heç nədir. Futbol azarkeşlərinin əməyə söykənən yarışlara ehtiyacı var, amma əgər biz bu dəyərləri qorumasaq, onların sevdikləri oyun təhlükə ilə üzləşə bilər”, - D.Bekhem qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri