20 
Apr
2021
14:45
198
31
3682
Virtual karabakh

Tofiq Musayev ulduz futbolçu ilə görüşündən danışdı: “Özü məni dəvət etmişdi” - FOTO

20 Apr, 2021
14:45
3682

Tofiq Musayev ulduz futbolçu ilə görüşündən danışdı: “Özü məni dəvət etmişdi” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin “Zirə” ilə oyununa bizi klub yox, şəxsən Keysuke Hondanın özü dəvət etmişdi”.

Bunu Oxu.Az-a MMA üzrə Yaponiyanın “Rizin” Qran Pri kəmərinin sahibi Tofiq Musayev deyib.

O, üç gün əvvəl “Bakcell Arena”da keçirilən və “Neftçi”nin 4:0 hesablı qələbəsi ilə başa çatan görüşü idmançı dostu Vüqar Kərəmovla birgə xüsusi qonaq qismində izləyib. T.Musayev və V.Kərəmov oyundan sonra ulduz futbolçu ilə görüşüb. Honda onlara öz formasını təqdim edib.

“O, “Neftçi” ilə müqavilə bağlayanda eşitmişdi ki, burada “Rizin” çempionu var. Ona görə də mənimlə görüşmək istəyirdi. Mən də “Rizin”in döyüşçüsü kimi Vüqar Kərəmovu da özümlə apardım. Sağ olsun, bizi VIP-də qarşıladı. Oyun başa çatdıqdan sonra görüşdük. Bizimlə əlaqədədir, tez-tez görüşmək istəyir. Zalımıza da gəlib bizim məşqə baxmaq istədiyini deyib”.

Qeyd edək ki, Keysuke Honda “Zirə” ilə matçda 81 dəqiqə meydanda olub. O, hesab 3:0 olanda müdafiəçi Ömər Buludovla əvəzlənib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri