20 
Apr
2021
13:45
94
37
2485
Virtual karabakh

Peres: “Super Liqa klubları ÇL-dan kənarda qalmayacaq”

20 Apr, 2021
13:45
2485

Peres: “Super Liqa klubları ÇL-dan kənarda qalmayacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Super Liqa varlılar üçün yox, futbolu xilas etmək üçün yaradılıb”.

“Matç TV”nin məlumatına görə, bu sözləri yeni yaradılan Avropa Super Liqasının prezidenti Florentino Peres deyib.

“Əgər belə davam etsə futbol yoxa çıxacaq və 2024-cü ildə biz artıq ölmüş olacağıq. Bu, hər kəsi - böyük, orta və kiçik klubları xilas etməyin yeganə yoludur”, - deyə F.Peres bildirib.

Onun sözlərinə görə, “Real” və digər Superliqa klubları Çempionlar Liqasından kənarda qalmayacaq. Çünki qanunlar onları qoruyur və bu, mümkün deyil. F.Peres həmçinin oyunçulara beynəlxalq müsabiqələrdə və milli komandalarda çıxış etməyin qadağan olunmayacağını da vurğulayıb.

“Super Liqa UEFA və FIFA ilə dialoq aparmağa hazırdır, ancaq geri çəkilmək fikrində deyil. Yeni turnir avqustda başlayacaq. PSJ-ni hələlik dəvət etməmişik. Əgər “Bayern” və “Borussiya” imtina etsələr, bu heç nəyi dəyişməyəcək, başqa klubları çağıracaqlar. Gələcək də “Roma” və “Napoli”ni liqada gözləyirlər.

Super Liqa qapalı olmayacaq. Qalan beş yerə sahib olanlar dünyanın ən yaxşı klubları ilə oynayacaq”, - deyə F.Peres qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri