20 
Apr
2021
15:24
31
101
2355
Virtual karabakh

UEFA-nın prezidenti: “Fikrinizi dəyişdirmək üçün hələ vaxt var”

20 Apr, 2021
15:24
2355

UEFA-nın prezidenti: “Fikrinizi dəyişdirmək üçün hələ vaxt var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

FIFA və UEFA prezidentləri növbəti dəfə Avropa Super Liqası ideyasına qarşı çıxıb.

Oxu.Az xəbər verir ki, FIFA-nın isveçrəli prezidenti Canni İnfantino məsələyə belə münasibət bildirib:

“Mövcud qurumlardan, liqalardan, assosiasiyalardan, UEFA-dan, FIFA-dan ayrılan qapalı bir təşkilat olan Super Liqanın yaradılmasını qəti şəkildə rədd edə bilərik. Bu turnir sistem xaricindədir. Avropa futbolunu, UEFA-nı, birliklərini tam dəstəkləyirəm.

İnsanlar yalnız səhmdarlar deyil, digər insanlar, azarkeşləri haqqında da düşünməlidirlər. Avropa futbol modelini, milli komandaları müdafiə etməliyik. Biri öz yolu ilə getmək qərarına gəlsə, bunun üçün cavabdeh olmalıdır. Bu o deməkdir ki, ya içəridəsiniz, ya da kənardasınız, başqa yol yoxdur.

Avropa futboluna baxın. Mən bu sistemin insanıyam. İsveçrədə kiçik liqada oynayanda elitaya çıxmağa çox yol var idi. Bu, futbolu birləşdirir. 16 il UEFA-da çalışdım (həmin qurumun baş katibi olub – red.), prinsiplərini və dəyərlərini qorumaq üçün mübarizə apardım. Avropa futbolu modeli uğurlu olduğunu sübut etdi”.

UEFA-nın sloveniyalı prezidenti Aleksander Çeferin isə bu gün İsveçrədə keçirilən qurumun Konqresində Avropa Super Liqasında iştirak etməyi qəbul edən İngiltərə klublarına müraciət edib:

“Bəzi ingilis klublarının sahiblərinə müraciət etmək istərdim. Cənablar, siz çox böyük bir səhv etdiniz. Bəziləri bunun acgözlük, bəziləri isə futbol mədəniyyətinə qarşı hörmətsizlik, təkəbbürlük olduğunu söyləyəcək... Ancaq bunun əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan odur ki, fikrinizi dəyişdirmək üçün hələ vaxt var. Hər kəs səhv edir. İngilis azarkeşlər sizin düzəlişinizə layiqdirlər”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri