21 
Apr
2021
02:10
271
47
8479
Virtual karabakh

Daha üç klub Superliqadan imtina etdiyini rəsmi açıqladı - YENİLƏNİB+FOTO

21 Apr, 2021
02:10
8479

Daha üç klub Superliqadan imtina etdiyini rəsmi açıqladı - YENİLƏNİB+FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Liverpul”, “Arsenal” və “Tottenhem” klubları Superliqadan çıxdıqlarını rəsmən elan ediblər.

Bu barədə klubların mətbuat xidməti məlumat yayıb.

BBC isə Superliqaya qatılan bütün Premyer Liqa komandalarının turniri tərk edəcəyini bildirib.

Qeyd edək ki, əgər bu baş verərsə, Superliqanın uğursuzluğa düçar olması ehtimalı böyükdür.

 

01:08

“Mançester Siti” klubunun Avropa Superliqasından çıxmaq istəyi təsdiqlənib.

Klub məsələ ilə bağlı rəsmi açıqlama yayıb.

Bəyanatda “şəhərlilərin” Superliqadan çıxmaq üçün lazımi proseduru başlatdıqları bildirilib.

Qeyd edək ki, artıq UEFA prezidenti Aleksanr Çeferin də klub rəhbərliyinin bu qərarını alqışlayıb.

20 aprel, 22:43

Yeni yaradılan Avropa Superliqası iştirakçılarının siyahısı ciddi dəyişikliklərə uğraya bilər.

Belə ki, İspaniyanın “Atletiko” klubu da Superliqanı tərk etmək fikrindədir.

Bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

Qeyd edək ki, bir qədər öncə “Çelsi” və “Mançester Siti” komandalarının da analoji qərar qəbul edəcəkləri bildirilib.

22:35

İngiltərənin “Çelsi” klubu Avropa Superliqasından çıxmağa hazırlaşır.

Bu barədə idman jurnalisti Den Roun özünün “Twitter” səhifəsində yazıb.

O bildirib ki, hazırda klub rəsmiləri London təmsilçisinin Superliqadan çıxması üçün lazımi sənədləri hazırlayırlar.

Qeyd edək ki, bir müddət əvvəl klub azarkeşləri “Stemford Bridc” stadionu qarşısında etiraz aksiyası keçiriblər. Onların qarşısına çıxan klubun teniki məsləhətçisi Peter Çex etirazçılardan vaxt istəyib.

“The Telegraph” nəşri “Çelsi”nin ardınca “Mançester Siti”nin də Superliqadan çıxmağa hazırlaşdığını yazıb. Nəşr bildirib ki, əgər bu baş verərsə, Superliqanı iflas gözləyir.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri