20 
Apr
2021
23:35
479
11
3210
Virtual karabakh

Azərbaycan güləşçisinin səngərdən idman səhnəsinə uğurlu dönüşü - FOTO

20 Apr, 2021
23:35
3210

Azərbaycan güləşçisinin səngərdən idman səhnəsinə uğurlu dönüşü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatında sərbəst güləşçilərimiz bu gün üç medal qazanıblar.

Oxu.Az xəbər verir ki, bir neçə ay öncə Vətən müharibəsinin iştirakçısı olan Əfqan Xaşalov (57 kq) səngərdən xalçaya uğurlu dönüş edib.

Qazax güləş məktəbinin yetirməsi Belarus güləşçisi Aryan Tsiutrinlə görüşdə 2:2 hesablı nəticə ilə (son xal prinsipinə əsasən) qalib gələrək Avropa üçüncüsü olub.

Əli Rəhimzadə (65 kq) isə uraynalı rəqibi Andrey Sviridi 3:2 hesabı ilə məğlub edərək eyni uğura imza atıb. Bu, Əlinin ardıcıl ikinci Avropa bürüncü olub.

İlk dəfə böyüklərin qitə birinciliyinə qatılan Turan Bayramov (70 kq) isə finalda Rusiya güləşçisi İsrail Qasımova 1:3 məğlub olub və gümüş medalla kifayətlənib.

Nisbətən ağır çəkili güləşçilərimiz Rəşad Yusifli (79 kq) və Şamil Zubairov (97 kq) isə medalsız qalıb. Onlar bürünc medal görüşündə müvafiq olaraq Alan Əmirova (Latviya) 3:4 və Elizbar Odikadzeyə (Gürcüstan) 0:5 hesabı ilə uduzub.

Qeyd edək ki, sabah daha üç sərbəst güləşçimizin – Əhmədnəbi Qvarzatilovun (61 kq), Hacımurad Məhəmmədsəidovun (86 kq) və Osman Nurməhəmmədovun (92 kq) bürünc medal qazanmaq şansı var.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri