21 
Apr
2021
15:24
236
10
2105
Virtual karabakh

“Qəbələ”nin prezidenti ölkəmizə kəmər gətirən idmançı ilə görüşdü - FOTO

21 Apr, 2021
15:24
2105

“Qəbələ”nin prezidenti ölkəmizə kəmər gətirən idmançı ilə görüşdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov MMA döyüşçüsü Nəriman Abbasov və məşqçisi Şəhriyar Abbasovla görüşüb.

Oxu.Az xəbər verir ki, görüşdə idmançımızın “AMC Fight Night 100” turniri çərçivəsində rusiyalı Şamil Əmirovla keçirdiyi döyüş barədə fikir mübadiləsi aparılıb. Klub prezidenti Rusiyanın paytaxtı Moskvada keçirilən qarşılaşmada qələbə qazanaraq yüngül çəkidə (-70,3 kq) çempion titulunu qoruyan Nərimanı təbrik edib, ona gələcək döyüşlərində uğurlar arzulayıb:

“Hər bir azərbaycanlı çalışdığı sahədə ölkə üçün faydalı olmağa səy göstərməlidir. Nəriman da əlindən gələnin ən yaxşısını bu döyüşdə nümayiş etdirərək ölkəmiz və klubumuz adına qələbə qazandı”.

Nəriman Abbasov və məşqçisi Şəhriyar Abbasov “Qəbələ” İdman Klubuna göstərdiyi dəstək üçün təşəkkür ediblər. Onlar vurğulayıblar ki, əsas məqsədləri uğurlarını daha da artırmaq, üçrəngli bayrağımızı daim zirvələrdə dalğalandırmaqdır.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri