21 
Apr
2021
16:24
73
16
1203
Virtual karabakh

Millimizin oyunlarına təyin olunan hakimlər açıqlandı

21 Apr, 2021
16:24
1203

Millimizin oyunlarına təyin olunan hakimlər açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Voleybol millimizin oyunlarına təyin olunacaq hakimlərin adları açıqlanıb.

Oxu.Az xəbər verir ki, kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası 7-16 may tarixlərində Avropa çempionatının seçmə mərhələsinin oyunlarını keçirəcək. Təsnifat mərhələsində F qrupunda yer alan və görüşlərinə Gürcüstan və Monteneqroda çıxacaq yığmamızın matçlarını idarə edəcək hakimlər bəlli olub.

Voleybolçularımızın Monteneqro, Gürcüstan və Yunanıstanla görüşlərinə dörd referi təyinat alıb. Oyunlarımızda hakim funksiyasını Ərdal Akıncı (Türkiyə), Mixail Medved (Ukrayna), Vladimir Oleynik (Rusiya) və Dobromir Dobrev (Bolqarıstan) yerinə yetirəcək.

Qeyd edək ki, birinci dövrənin oyunları mayın 7-9-da Gürcüstanda, ikinci dövrənin oyunları mayın 14-16-da Monteneqroda təşkil olunacaq. Komandamız ilk matçını mayın 7-də Monteneqro millisinə qarşı keçirəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri