22 
Apr
2021
00:15
72
7
2241
Virtual karabakh

UEFA AVRO-2020 hakimlərinin adlarını açıqlayıb - SİYAHI

22 Apr, 2021
00:15
2241

UEFA AVRO-2020 hakimlərinin adlarını açıqlayıb - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA AVRO-2020-də oyunları idarə edəcək 18 hakimin adını açıqlayıb.

Təşkilatın internet səhifəsində yerləşdirilən məlumata əsasən, hakimlər arasında fransalı Stefani Frapparın da adı var. O, kişilərin Avropa Çempionatında iştirak edəcək ilk qadın hakim olacaq. Frappar matçlara ehtiyat hakim qismində çıxacaq.

Bununla yanaşı, türkiyəli Cüneyt Çakır da AVRO matçlarını idarə edən hakimlərdən biri olacaq.

Həmçinin, baş hakimlər siyahısına Argentinadan Fernando Rapalininin adı əlavə olunub. UEFA-dan bildirilib ki, o, CONMEBOL (Cənubi Amerika Futbol Federasiyaları Birliyi) ilə hakim mübadiləsi proqramı çərçivəsində Avropa Çempionatı matçlarının idarəçiliyinə cəlb olunacaq.  

Beləliklə də, AVRO-2020 baş hakimlərinin siyahısı belədir:

Feliks Brix (Almaniya)

Slavko Vinçiç (Sloveniya)

Orel Qrinfeld (İsrail)

Karlos del Serro Qrande (İspaniya)

Artur Diaş (Portuqaliya)

Daniel Zibert (Almaniya)

Sergey Karasev (Rusiya)

Byorn Kuypers (Niderland)

İştvan Kovaç (Rumıniya)

Denni Makkeli (Niderland)

Antonio Mateu Laos (İspaniya)

Maykl Oliver (İngiltərə)

Daniele Orsato (İtaliya)

Entoni Teylor (İngiltərə)

Klerman Tyurpen (Fransa)

Ovidiu Haseqan (Rumıniya)

Cüneyt Çakır (Türkiyə)

Andreas Ekberq (İsveç)

Fernando Rapalini (Argentina)

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri