21 
Apr
2021
22:25
217
13
2346
Virtual karabakh

Sərbəst güləş millimiz Avropa çempionatında dördüncü medalı qazandı

21 Apr, 2021
22:25
2346

Sərbəst güləş millimiz Avropa çempionatında dördüncü medalı qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında sərbəst güləş üzrə Azərbaycan millisi daha bir bürünc medal qazanıb.

Oxu.Az xəbər verir ki, Osman Nurməhəmmədov (92 kq) bürünc medal görüşündə Andrey Vlasovu (Ukrayna) 5:0 hesabı ilə məğlub edərək öz çəkisində Avropanın üçüncüsü olub.

Bürünc medal qazanmaq şansı olan digər Dağıstandan olan güləşçilərimiz buna nail ola bilməyib. Əhmədnəbi Qvarzatilov (61 kq) Beka Lomtadzeyə (Gürcüstan) 7:9 hesabı ilə uduzub. Hacımurad Məhəmmədsəidov (86 kq) isə Nazim Aminlə (San Marino) təsəlliverici görüşə bir gün əvvəl zədələndiyi üçün çıxa bilməyib.

Beləliklə, sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatını dörd medalla başa vurub. Osman Nurməhəmmədovdan başqa, dünən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə (65 kq) bürünc medal qazanmışdı.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri