21 
Apr
2021
23:51
293
12
2066
Virtual karabakh

Azərbaycan gimnastı Bazeldə keçirilən Avropa çempionatının finalına çıxıb

21 Apr, 2021
23:51
2066

Azərbaycan gimnastı Bazeldə keçirilən Avropa çempionatının finalına çıxıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan gimnastı  İsveçrənin Bazel şəhərində bu gün start götürən idman gimnastikası üzrə Avropa çempionatının dayaqlı tullanma hərəkətində finala vəsiqə qazanıb.

Trend xəbər verir ki, M.Nekrasova dayaqlı tullanmada 13.983 xal toplayaraq dördüncü yeri tutub, dəstəli at üzərində hərəkətlərdə isə 10.663 xal toplayıb.

Daha bir Azərbaycan gimnastı Milana Minakovskaya dörd hərəkətin yekunları üzrə ümumilikdə 41.974 xal toplayıb (dayaqlı tullanma – 12.100 xal, müxtəlif hündürlüklü qollar – 9.500 xal, dəstəli at – 8.708 xal, sərbəst hərəkətlər – 11.666 xal).

Qeyd edək ki, idman gimnastikası üzrə Avropa çempionatında 38 ölkədən 268 idmançı iştirak edir.

Kişi gimnastlar arasında yarışlarda Azərbaycanı Ağamurad Qəhrəmanov, İvan Tixonov və Nikita Simonov təmsil edirlər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri