22 
Apr
2021
11:27
71
54
2052
Virtual karabakh

Florentino Peres: “Təhdidlərə, təhqirlərə məruz qaldım”

22 Apr, 2021
11:27
2052

Florentino Peres: “Təhdidlərə, təhqirlərə məruz qaldım”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Madridin “Real” klubunun prezidenti Florentino Peres Avropa Superliqası layihəsinin uğursuzluğa düçar olduğunu etiraf edib.

O, bu barədə “El Larguero” nəşrinə müsahibəsində deyib.

“Biz uzun illərdir bu layihə üzərində işləyirdik. Ancaq bəlkə də onu kifayət qədər aydın izah edə bilmədik. Mən bir az məyusam. Üç il çalışdıq, İspaniya futbolundakı mövcud maliyyə vəziyyəti ilə mübarizə apardıq”, - deyə F.Peres qeyd edib.

F.Peres bildirib ki, UEFA rəhbərliyi və La Liqa klublarının prezidentləri tərəfindən təzyiqlərə məruz qalıb:

“Heç vaxt buna bənzər bir şey görməmişdim: təhdidlər, təhqirlər...sanki kimisə qətlə yetirmişdik, futbolu öldürmüşdük”.

Fikrinin sonunda F.Peres əlavə edib ki, 2021-ci ildə Madrid “Real”ının gəlirləri 900 milyon avrodan 600 milyona düşüb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri