22 
Apr
2021
10:33
129
6
1358
Virtual karabakh

Azərbaycanın iki qadın güləşçisi Avropa çempionatında mübarizəyə qoşulur

22 Apr, 2021
10:33
1358

Azərbaycanın iki qadın güləşçisi Avropa çempionatında mübarizəyə qoşulur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında daha iki qadın güləşçimiz mübarizəyə qoşulacaq.

Oxu.Az xəbər verir ki, 53 kq çəki dərəcəsində Tatyana Varansova son Avropa çempionu Olqa Xoroşavtseva (Rusiya) ilə qarşılaşacaq. Bu görüş 1/4 final mərhələsinin görüşü olacaq.

65 kq-da isə İrina Netreba Tatyana Pavlova (Belarus) ilə görüşəcək. Bu görüş 1/8 finala təsadüf edəcək.

Qeyd edək ki, bu gün Mariya Stadnik səkkizinci dəfə Avropa çempionu olmaq üçün final görüşünə çıxacaq. O, 50 kq çəki dərəcəsində son Avropa çempionu Miqlena Selişka (Bolqarıstan) ilə qarşılaşacaq. Həmçinin Səbirə Əliyeva (76 kq) bürünc medal qazanmaq üçün Vanesa Veskanla (Fransa) görüşəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri