22 
Apr
2021
16:57
311
7
2102
Virtual karabakh

Cəbhədən tatamiyə qayıdan idmançı: “Elə bildim ki, hələ zamanım var”

22 Apr, 2021
16:57
2102

Cəbhədən tatamiyə qayıdan idmançı: “Elə bildim ki, hələ zamanım var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatında (AÇ) ilk medal Əfqan Xaşalovdan gəldi.

57 kq-da çıxış edən sərbəst güləşçimiz karyerasında ilk dəfə böyüklər arasında qitə birinciliyinin bürünc medalını qazandı. Millimizin üzvü yarış təəssüratlarını Azərbaycan Güləş Federasiyasının saytı ilə bölüşüb:

“Avropa çempionatı mənim üçün çox önəmli idi. Bir ildən artıq idi güləşmirdim. Sonuncu dəfə ötən il Romada keçirilən qitə birinciliyində iştirak etmişdim. AÇ ərəfəsində Kiyev turnirində iştirak etdim. Həmin yarışda məğlub olduğum belaruslu güləşçiyə burada qalib gəldim. Əlbəttə, forma yığmaq üçün zaman lazım idi. Ancaq bunun üçün vaxtımız çox az idi. Məşqçilərimiz sağ olsun. Yaxşı təlim-məşq toplanışı keçdik. Şükürlər olsun ki, medalsız qalmadım. Qismət olsa, Olimpiya çempionu olmaq istəyirəm. Bayrağımızı orada da dalğalandırmağı arzulayıram.

Yarış ağır keçdi. Çünki çoxdandır güləşmirdim və çəki salmırdım. Yarımfinalda Rusiya güləşçisiylə görüşdə vaxta görə yanıldım. Elə bildim ki, hələ zamanım var. Fəndi axıra kimi icra edə bilsəydim, finala çıxardım. Uzun müddət məşqlərdən uzaq qalmağın da müəyyən qədər rolu oldu. Ancaq səhvlərimin üzərində işləyib, onları aradan qaldırmaq üçün vaxtımız var”.

Qeyd edək ki, Əfqan Xaşalov Vətən müharibəsi zamanı Azərbaycan ordusu sıralarında xidmət edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri