22 
Apr
2021
22:20
187
127
5070
Virtual karabakh

“Barselona” Superliqada qalır - RƏSMİ

22 Apr, 2021
22:20
5070

“Barselona” Superliqada qalır - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın “Barselona” klubu Superliqada qaldığını təsdiq edən bəyanat yayıb.

Klubun direktorlar şurasının yaydığı sənəddə bildirilir ki, “Barselona” ​əksər böyük Avropa futbol klublarının struktur islahatlarına ehtiyacın olduğu barədə fikirlərini bölüşür. Məhz bu səbəbdən futbolsevərlərə təklif edilən, futbolun keyfiyyətini və cazibəsini artırmaq üçün hazırlanmış bir turnir olan Super Liqanın təsisçi üzvü olmaq təklifini qəbul edib.

Bəyanatda təsisçilərdən biri olaraq, bu layihənin tərkib hissəsi olmaq fürsətindən imtina etmənin tarixi bir səhv olacağı bildirilib və klubun Superliqadan ayrılmamaq qərarı təsdiq olunub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri