May
2021
17:53
135
11
2429
Virtual karabakh

“Qəbələ” və “Neftçi”nin oyunları FİFA referilərinə tapşırıldı

2 May, 2021
17:53
2429

“Qəbələ” və “Neftçi”nin oyunları FİFA referilərinə tapşırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun iki oyunu üçün bütün təyinatlar müəyyənləşib.

Bakıdakı qarşılaşmalar beynəlxalq dərəcəli hakimlərə həvalə olunub.

“Keşlə” – “Neftçi” görüşünü FİFA referisi Əliyar Ağayev, “Səbail” – “Qəbələ” matçını isə çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov idarə edəcək.

Azərbaycan Premyer Liqası, XXV tur
3 may (bazar ertəsi)

18:00. “Keşlə” – “Neftçi”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASK Arena”

20:15. “Səbail” –“Qəbələ”
Hakimlər:
İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”

Qeyd edək ki, turun daha 2 oyunu mayın 4-də keçiriləcək. “Qarabağ” “Zirə”ni, “Sumqayıt” isə “Sabah”ı qəbul edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri