May
2021
18:52
97
60
1811
Virtual karabakh

“Mançester Yunayted” stadionundakı iğtişaşlara görə polisə müraciət edəcək

3 May, 2021
18:52
1811

“Mançester Yunayted” stadionundakı iğtişaşlara görə polisə müraciət edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində “Liverpul”la görüşü təxirə salınan “Mançester Yunayted”in rəhbərliyi “Old Taafford”da baş verən iğtişaşlara görə polisə müraciət edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, “qırmızı şeytanlar”ın rəhbərliyi ixtişaşlarda fəal olmuş şəxslərin tapılıb cəzalandırılmasını istəyirlər. Belə ki, məhz onların davranışları sayəsində “Liverpul”la baş tutmalı olan oyun təxirə salınıb. Bu azmış kimi, ev sahibi komanda olaraq, “Manaçester Yunayted”ə qarşı müəyyən cəza tədbirləri də görülə bilər.

Qeyd edək ki, təxirə salınmış matçın nə zaman keçiriləcəyi klubla Premyer Liqa arasındakı danışıqlardan sonra müəyyən olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri