May
2021
23:20
238
34
3355
Virtual karabakh

Messi “Atletiko” ilə oyun öncəsi “Barselona” futbolçuları üçün ziyafət təşkil edib

3 May, 2021
23:20
3355

Messi “Atletiko” ilə oyun öncəsi “Barselona” futbolçuları üçün ziyafət təşkil edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona”nın kapitanı Lionel Messi La Liqanın 34-cü turu çərçivəsində “Valensiya” üzərindəki 3:2 hesablı qələbədən sonra komanda yoldaşları üçün ziyafət təşkil edib.

“Diario Sport” xəbər verir ki, hücumçu öz evində şam yeməyi süfrəsi açıb və həmkarlarını dəvət edib. Bildirilir ki, o, həm “Valensiya” üzərindəki qələbəni qeyd edtmək, həm də “Atletiko” ilə oyundan əvvəl komandada birlik əhval-ruhiyyəsini möhkəmləndirmək üçün bu addımı atıb.  

Qeyd edək ki, “Barsa”nın turnir cədvəlinin lideri olan Madrid klubu ilə qarşılaşması mayın 8-də baş tutacaq. Matçda qələbə katalonları La Liqanın lideri edəcək və onlar üçün çempionluq yarışında irəliyə doğru böyük addım olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri