May
2021
10:48
145
45
2992
Virtual karabakh

Mahir Emreli Rusiya və Almaniya klublarının təkliflərindən imtina etdi

4 May, 2021
10:48
2992

Mahir Emreli Rusiya və Almaniya klublarının təkliflərindən imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millimizin və “Qarabağ”ın futbolçusu Mahir Emreli Polşada oynasa, bu ölkənin son çempionu “Leqiya”ya keçəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Polşanın “Meçıki” nəşri məlumat yayıb.

Ona Rusiyanın “Ural” (Yekaterinburq) və Almaniyanın “Union” (Berlin) klublarından təklif olsa da, futbolçu Polşada oynamaqda maraqlıdır. Onunla hələ rəsmi müqavilə bağlanmayıb. Amma futbolçunun üç illik müqavilə bağlayacağı, Polşada çox qalmaq istəmədiyi, “Leqiya”dan Avropa nəhənglərinə tramplin kimi istifadə etmək istədiyi bildirilir.

Rusiya Premyer Liqası və Almaniya Bundesliqası klubları Varşava təmsilçisindən daha çox maaş təklif etsə də, sonuncuların Çempionlar Liqasında və daxili çempionatda çempionluğa oynaması danışıqlarda həlledici amildir.

Bu məsələdə vaxtı ilə “Qarabağ”da birlikdə oynadığı, “Leqiya”nın vaxtı ilə aparıcı futbolçularından olmuş Yakub Jezniçakın da Mahir Emreliyə klub haqda ətraflı məlumat verməkdə yardımçı olduğu bildirilir.

Qeyd edək ki, Mahir Emreli cari mövsüm Azərbaycan Premyer Liqasında 16 qol vurub. O, Namiq Ələsgərovdan sonra hazırda çempionatın ən sərrast futbolçusudur.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri