May
2021
11:24
129
31
3286
Virtual karabakh

Rəşad Sadıqov Qurban Qurbanova qarşı

4 May, 2021
11:24
3286

Rəşad Sadıqov Qurban Qurbanova qarşı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun mərkəzi oyunu “Qarabağ”la “Zirə” arasında olacaq. Rəşad Sadıqov baş məşqçisi və komanda yoldaşı olmuş Qurban Qurbanovun “Qarabağ”ını məğlub etməyə çalışacaq. Qələbə hər iki komandaya lazımdır. Çünki “Zirə” üçüncü yerə, “Qarabağ” da birinci yerə qalxmaq istəyir.

Lakin “Zirə”nin qalib gəlməsi də hələ onun üçüncü yerə qalxacağı anlamına gəlməməlidir. Çünki “Sumqayıt” da öz meydanında “Sabah”ı məğlub etməklə üçüncü yerdəki mövqeyini qoruya bilər.

Azərbaycan Premyer Liqası

XXV tur

18:00 “Qarabağ” – “Zirə”
Baş hakim: Rəşad Əhmədov
Bakı. “Azersun Arena”

20:15 “Sumqayıt” – “Sabah”
Baş hakim: Kamal Umudlu
Sumqayıt. “Kapital Bank Arena”

Qeyd edək ki, dünən “Neftçi” səfərdə “Keşlə”ni 3:0 məğlub etməklə liderliyə yüksəlib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri