May
2021
17:36
123
15
8532
Virtual karabakh

Polşada oynayan həmyerlimiz: “Azərbaycandan hər hansısa təklifim yox idi”

4 May, 2021
17:36
8532

Polşada oynayan həmyerlimiz: “Azərbaycandan hər hansısa təklifim yox idi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşanın KSZO klubunda oynayan azərbaycanlı futbolçu Fuad Bayramovun Oxu.Az saytına müsahibəsi:

– Bu ilin martın 4-də Polşa klubu ilə müqavilə bağladınız. Bununla da millimizin sabiq müdafiəçisi Saşa Yunisoğludan sonra Polşada çıxış edən növbəti azərbaycanlı futbolçu oldunuz. Ondan başlayaq ki, necə olub bu kluba keçdiniz?

– Bildiyiniz kimi, daha əvvəl Gürcüstanın “Rustavi” komandasında çıxış edirdim. Həmin komanda ilə müqaviləm ötən ilin yayına kimi idi. Ancaq ötən ilin qışında koronavirusun birinci dalğası düşdü və sərhədlər bağlandı deyə, Gürcüstana gedə bilmədim. Ondan sonra Azərbaycanda fərdi məşqlər etməyə başladım. Açığı, Azərbaycandan hər hansısa təklifim yox idi. Qardaşım Polşanın paytaxtı Varşavada kiçik bizneslə məşğuldur. Polşaya gəlməyimdə qardaşımdan başqa, heç kimin mənə köməyi dəyməyib. Burada oynaya bilməyim üçün mənə işçi vizası məsələsində köməklik etdi. Polşada bir menecer vasitəsilə bu komandaya transferim baş tutdu. Burada şərait yaxşıdır. Allahın köməyilə yayda daha yaxşı yerlərə keçmək imkanım var.

– Çıxış etdiyiniz komanda Polşanın III Liqasının IV qrupunda çıxış edir. Sonuncu oyunda iki qol vurdunuz. Bundan əvvəl də qol vurmuşdunuz?

– Bəli, Polşada artıq dörd qol vurmuşam.

– Polşanın III divizionunda şərait necədir? Sizə ev tutulub, yoxsa bazada qalırsınız?

– Klubun özünün hoteli var. Mənim üçün orada nömrə tutulub. Şərait əladır. III Liqa olsa da, şərait baxımından problem yoxdur. Pandemiya olsa da, azarkeşlər stadionun arxa tərəfindən gəlib matçlarımızı izləyirlər. Oyunlar rəsmi olaraq azarkeşsiz keçirilsə də, 150-yə yaxın azarkeş stadionda olur. Ostrovyets Şfyentokşıski şəhəri bölgə olduğundanmı, ya nədəndirsə, burada futbola maraq yüksəkdir.

– Müqaviləniz cari mövsümün sonunda başa çatacaq. Polşanın daha yüksək divizion klublarına keçmək şansınız necədir?

– Hələ cəmi 26 yaşım var. Yaşlı futbolçu sayılmıram. Əlbəttə, özümdə perspektiv görürəm. Həvəsdən düşməmişəm. İnanıram ki, yayda Polşada və ya başqa bir ölkədə legioner karyeramı davam etdirəcəyəm. Başqa menecerlərin qardaşımla mənim haqda danışması yəqin ki mənim üçün yaşıl işıq yandırar. Bu həftə də bir menecer qardaşımla görüşməlidir. Zədəm olmasa, hər şey mənim üçün yaxşı olacaq.

 – Son günlər millimizin hücumçusu Mahir Emrelinin Polşa çempionatında oynaması barədə xəbərlər sözügedən ölkənin idman mətbuatında çoxalıb. Onun adı daha çox Polşa çempionu “Leqiya” ilə çəkilir. Necə düşünürsünüz, Mahir bu ölkədən yoxsa, başqa ölkədən olan təklifləri qəbul etməlidir?

– Oynadığım üçün deyirəm. Biz hələ III Liqada çıxış etsək də, buradakı matçları menecerlər izləyir. Nəzərə alsaq ki, “Leqiya” Ekstraklassada çıxış edir, ora menecerlərin tam diqqətində olacaq. Əlbəttə, Mahir təklifi qəbul etsə, yaxşı olar.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri