May
2021
17:54
129
20
1628
Virtual karabakh

UEFA təsdiqlədi: Yığmanın heyəti 23 oyunçudan 26-ya artırıldı

4 May, 2021
17:54
1628

UEFA təsdiqlədi: Yığmanın heyəti 23 oyunçudan 26-ya artırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ildə futbol üzrə Avropa çempionatında mübarizə aparacaq milli komandalar üçün oyunçuların sayı 23-dən 26-ya qədər artırılıb.

Bu barədə Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yığmanın heyəti iyunun 1-dək qəbul olunacaq. Həmçinin komandalar ilk oyundan əvvəl ağır zədə və ya xəstəlik halında məhdudiyyətsiz sayda əvəzləmə edə biləcəklər.

Bundan başqa elan edilmiş qapıçının zədələnməsi və ya xəstələnməsi halında hər oyundan əvvəl qolkiperləri dəyişdirmək mümkün olacaq.

Xatırladaq ki, Avropa çempionatı 11 iyundan 11 iyul tarixinədək 11 şəhərdə keçiriləcək. Turnir oyunlarına Sankt-Peterburq, Amsterdam, Bakı, Budapeşt, Buxarest, Qlazqo, Kopenhagen, London, Roma, Münhen və Seviliya ev sahibliyi edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri