May
2021
23:40
134
29
1891
Virtual karabakh

Milli Gimnastika Arenası bədii gimnastika üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır – FOTO

4 May, 2021
23:40
1891

Milli Gimnastika Arenası bədii gimnastika üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıdakı Milli Gimnastika Arenası bədii gimnastika üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır.

Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan Dünya Kuboku 7-9 May 2021 tarixlərində baş tutacaq.

Azərbaycanı fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova və Arzu Cəlilova təmsil edəcəklər.

Qrup hərəkətləri üzrə Azərbaycan komandasında Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina yer alıblar.

Bakıda keçiriləcək Dünya Kubokunda 36 ölkədən 170-dən çox gimnastın iştirak edəcəyi gözlənilir.

Ənənəvi olaraq, yarış zamanı ən yüksək nəticə göstərən gimnasta və komandaya "AGF Trophy" Kuboku veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri