May
2021
01:04
245
25
5216
Virtual karabakh

Çempionlar Liqası: “Mançester Siti” tarixində ilk dəfə finala çıxdı - FOTO/VİDEO

5 May, 2021
01:04
5216

Çempionlar Liqası: “Mançester Siti” tarixində ilk dəfə finala çıxdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub.

Oxu.Az xəbər verib ki, ilk oyunda səfərdə PSJ-yə 2:1 hesabı ilə qalib gələn İngiltərənin “Mançester Siti” klubu cavab oyununda rəqibini iki cavabsız qolla məğlub edib.

Bu nəticə ilə “şəhərlilər”ilk dəfə Avropanın ən nüfuzlu klub turnirində finala yüksəlib.

“Mançester Siti”nin hər iki qolunun müəllifi Riyad Mahrez olub. Əvvəlcə 11-ci dəqiqədə fərqlənən əlcəzairli yarımmüdafiəçi 63-cü dəqiqədə dubl edib.

Qonaqların heyətində Anxel Di Mariya 69-cu dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.

“Mançester Siti”nin finaldakı rəqibi bu gün keçiriləcək “Çelsi” (İngiltərə) – “Real Madrid” (İspaniya) oyunundan sonra bəlli olacaq. Bu komandalar arasındakı ilk matç 1:1 hesabı ilə başa çatıb.

UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu

“Mançester Siti” (İngiltərə) - PSJ (Fransa) - 2:0
Qollar:
 Riyad Mahrez, 11; 63
Qırmızı vərəqə: Anxel Di Mariya, 69 (PSJ)
İlk oyun - 2:1

Qeyd edək ki, Çempionlar Liqasının final oyunu mayın 29-da Türkiyənin İstanbul şəhərində gerçəkləşəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri