May
2021
18:39
132
30
1079
Virtual karabakh

Macarıstan gimnastı: “Dünya Kubokunun Təşkilat komitəsi öz işini qüsursuz yerinə yetirir”

7 May, 2021
18:39
1079

Macarıstan gimnastı: “Dünya Kubokunun Təşkilat komitəsi öz işini qüsursuz yerinə yetirir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun tamaşaçılarsız keçirilməsinə baxmayaraq, yarışdan təəssüratlar çox yaxşıdır.

Bunu Trend-ə Macarıstan gimnastı Hanna Panna Vaysner deyib.

O bildirib ki, yarışların keçirilməsindən çox məmnundur: “Dünya Kubokunun Təşkilat komitəsi öz işini qüsursuz yerinə yetirir. Hamı çox mehribandır, bir köməyə ehtiyac yaranarsa, məmnunluqla yardım edirlər”.

Öz çıxışı barədə danışan gimnast vurğulayıb ki, bəzi səhvlərə yol verib: “Çıxış pis keçmədi, amma proqramımda bəzi qüsurlar oldu. Xalçaya çıxarkən diqqətimi toplamağa çalışıram, əlimdən gələn hər şeyi etməyə çalışıram”.

Qeyd edək ki, bədii gimnastika üzrə Dünya Kuboku mayın 7-dən 9-dək keçiriləcək.

Azərbaycanı Dünya Kubokunda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova, eləcə də son Avropa çempionatının üçqat medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina) təmsil edəcək.

Dünya Kubokunda 36 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup), fərdi proqram üzrə isə 63 gimnast mübarizə aparacaq.

Ənənəyə uyğun olaraq yarışlarda ən çox xal toplamış gimnasta “AGF Trophy” kuboku təqdim olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri