May
2021
19:10
174
17
1666
Virtual karabakh

Azərbaycan gimnastlarının Dünya Kubokunun birinci günündə NƏTİCƏLƏRİ - FOTO

7 May, 2021
19:10
1666

Azərbaycan gimnastlarının Dünya Kubokunun birinci günündə NƏTİCƏLƏRİ - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun birinci günündə Azərbaycan gimnastları Zöhrə Ağamirova və Arzu Cəlilova top və halqa ilə hərəkətlərdə çıxış edib.

Trend-in məlumatına görə, halqa ilə hərəkətlərdə Z.Ağamirova 22.400 xal, A.Cəlilova 20.100 xal toplayıb.

Topla hərəkətlərdə isə Z.Ağamirova 24.250 xal, A.Cəlilova 23.450 xal toplayıb.

İki hərəkətin cəminə görə, Z.Ağamirova 10-cu (46.650 xal), A.Cəlilova isə 43.550 xalla 22-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, bədii gimnastika üzrə Dünya Kuboku mayın 7-dən 9-dək keçiriləcək.

Azərbaycanı Dünya Kubokunda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova, eləcə də son Avropa çempionatının üçqat medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina) təmsil edəcək.

Dünya Kubokunda 36 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup), fərdi proqram üzrə isə 63 gimnast mübarizə aparacaq.

Ənənəyə uyğun olaraq yarışlarda ən çox xal toplamış gimnasta “AGF Trophy” kuboku təqdim olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri