May
2021
13:45
9
183
5575
Virtual karabakh

Azərbaycan Premyer Liqasında klub sayı ilə bağlı QƏRAR

8 May, 2021
13:45
5575

Azərbaycan Premyer Liqasında klub sayı ilə bağlı QƏRAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə I divizion klubları növbəti dəfə Azərbaycan Premyer Liqasına buraxılmayacaq.

Oxu.Az xəbər verir ki, bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

İclasda 2021/22-ci il mövsümündə UEFA-nın klub və Azərbaycan Premyer Liqası yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2020) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Qarabağ” FK, “Neftçi” PFK, “Sumqayıt” FK, “Zirə” PFK, “Keşlə” FK, “Sabah” FK

2. Premyer Liqada iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Qəbələ” İK, “Səbail” PFK

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“Kəpəz” PFK, “Turan Tovuz” PFK, “Qaradağ-Lökbatan” FK, “Zaqatala” FK

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apelyasiya Komitəsinə apelyasiya şikayəti verə bilər.

Qeyd edək ki, UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2020) 13-cü maddəsinə müvafiq olaraq, 2021/22-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri