May
2021
18:25
463
58
4969
Virtual karabakh

Dmitri Kramarenkonun qızı Bakıda ikinci medalını qazandı – YENİLƏNİB

9 May, 2021
18:25
4969

Dmitri Kramarenkonun qızı Bakıda ikinci medalını qazandı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın bədii gimnastı Lala Kramarenko Bakıda keçirilən Dünya Kubokunda daha bir medal qazanıb.

“Report” xəbər verir ki, 17 yaşlı idmançı fərdi proqramda gürzlə hərəkətlərdə 27.150 xal toplayıb. Bu nəticə isə ona 3-cü yeri tutmaq imkanı verib.

Yarışın bu növündə qızıl medal Linoy Aşrama (İsrail), “gümüş” isə Boryana Kaleynə (Bolqarıstan) qismət olub.

13:00

Bakıda keçirilən bədii gimnastika üzrə dünya kubokunda final çıxışları başlayıb.

"Report"un məlumatına görə, Milli Gimnastika Arenasındakı yarışda halqa ilə fərdi çıxışlarda medalçılar müəyyənləşib.

Birinci yeri 27.150 xal toplayan İsrail təmsilçisi Linoy Aşram tutub. Rusiya gimnastı Lala Kramarenko 26.850 xalla gümüş, Belarus idmançısı Alina Xarnasko isə 26.600 xalla bürünc medal qazanıb.

Qeyd edək ki, Lala Kramarenko futbol üzrə Azərbaycan millisinin və Rusiyanın MOİK komandasının qapçılar üzrə məşqçisi Dmitri Kramarenkonun qızıdır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri