May
2021
23:15
216
44
3411
Virtual karabakh

“Qarabağ” darmadağınla birgünlük əldən verdiyi liderliyi geri aldı - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.

Turun son oyununda “Qarabağ” “Səbail”in qonağı olub.

Masazırda “Bank Respublika Arena”da baş tutmuş qarşılaşmada Ağdam klubu 4:0 hesablı darmadağına sevinib.

Görüşdə bütün qollar ilk hissədə və cəmi 17 dəqiqə ərzində vurulub. Hesabı 28-ci dəqiqədə Abdullah Zubir açıb. 4 dəqiqə sonra Mahir Emreli qüvvətli zərbə ilə fərqi artırıb. 41-ci dəqiqədə Xayme Romero 3-cü topu meydan sahiblərinin qapısından keçirib. İlk yarının əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə Maksim Medvedev penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 54-ə çatdıran “Qarabağ” yenidən ötən gün müvəqqəti tərk etdiyi liderliyə yüksəlib. “Sabah” isə 25 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, günün ilk oyununda “Zirə” evdə “Qəbələ” ilə qolsuz heç-heçəyə razılaşıb. Ötən gün keçirilən matçlarda “Sumqayıt” səfərdə “Keşlə”ni 1:0, “Neftçi” isə “Səbail”i 4:0 hesabı ilə məğlub edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri