11 
May
2021
08:30
10
304
2302
Virtual karabakh

Türkiyədə futbol klubunun avtobusuna hücum edildi - FOTO

11 May, 2021
08:30
2302

Türkiyədə futbol klubunun avtobusuna hücum edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin birinci liqasında çıxış edən “Samsunspor” klubunun avtobusu bir qrup şəxs tərəfindən hücuma məruz qalıb.

Bu barədə “Demirören Haber Ajansı” (DHA) məlumat verib.

Hücum nəticəsində avtobusun şüşələri qırılıb.

Qeyd olunur ki, oyundan sonra “Samsunspor”un oyunçularını daşıyan avtobus Adanadakı otelə yollanıb.

Futbolçular nəqliyyat vasitəsindən endikdən sonra sürücü avtobusu daha təhlükəsiz yerdə park etmək istəyərkən avtobus kimliyi bilinməyən şəxslər tərəfindən hücuma məruz qalıb.

Xatırladaq ki, “Adanaspor” - “Samsunspor” qarşılaşması qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri